sonnoqte.az
Xəbər başlıqları
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 
  • 16:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 16:49 – İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 

DİN “Son zəng”lə bağlı valideynlərə müraciət edib

13-06-2024, 12:41 127 dəfə baxılıb

DİN “Son zəng”lə bağlı valideynlərə müraciət edib


Daxili İşlər Nazirliyi (DİN) “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi ilə bağlı valideynlərə çağırış edib.

"Bu barədə DİN müraciət yayıb.

Müraciətdə bildirilib ki, Azərbaycanda “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Qeyd edilib ki, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.

"Bütün məzunları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər. Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək", - deyə məlumatd qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO