16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
09:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
11:08 – Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Prezident: "Bu yolu da hərbi qənimət hesab etmək olar" - VİDEO
17-08-2021, 09:21
334 dəfə baxılıb
“Qamışlı kəndi. Burada bizim enerji infrastrukturumuz və yüksək gərginlikli xətlər bu yaxınlarda çəkilib”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.
“Bu asfalt yolunu ermənilər Basarkeçərdən Kəlbəcərə getmək üçün çəkiblər. Laçın dəhlizinə alternativ yol çəkmişdilər. Gözəl də yoldur. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna etiraz etmişdi. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq, düşməni qovduq torpağımızdan. Və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət hesab etmək olar”, - Azərbaycan Prezidenti qeyd edib.
Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: