sonnoqte.az
Xəbər başlıqları
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 

Politoloq: “Rusiyanın Türkiyəsiz Qarabağda gizli fəaliyyəti mənfi nəticələrə gətirib çıxara bilər”

6-05-2021, 14:39 312 dəfə baxılıb

Politoloq: “Rusiyanın Türkiyəsiz Qarabağda gizli fəaliyyəti mənfi nəticələrə  gətirib çıxara bilər”



Kreml sahibi Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı maraqlarını qəbul edib.
Bunu politoloq Elxan Şahinoğlu Ərdoğanla Putin arasındakı telefon danışığını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda danışıqlar apardığı saatlarda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və onunla Qarabağı müzakirə etməsi təsadüfi deyil. “Görüşlə bağlı yayılan xəbərdə belə bir cümlə var: “Prezidentlər Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması probleminə toxunublar”.
Ümumiyyətlə Rusiya prezidentinin türkiyəli həmkarıyla tez-tez zəngləşməsinin və müzakirələrinin müsbət tərəfi odur ki, Kreml sahibi Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı maraqlarını qəbul edib. Rusiya Türkiyənin rəyini nəzərə almadan Qarabağda gizli fəaliyyətin onun üçün mənfi nəticələrini hesablamaq məcburiyyətindədir”.

 O əlavə edib ki,  Moskvanın Qarabağla bağlı nəsə “yeni təşəbbüsü” varsa bunu yalnız Parislə deyil mütləq Ankara ilə də müzakirə etməlidir: “Odur ki, əgər Lavrov bölgəyə hansısa yeni “təkliflərlə” gəlibsə bundan Azərbaycan və Ermənistanla yanaşı Türkiyənin də xəbəri olmalıdır. Moskvada bilirlər ki, Ankaranı zamanında məlumatlandırmasalar, bunu onsuz da Bakı edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO