11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
14:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident
14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
Səlcuk Bayraktar hərbçilərimizə sertifikat verdi - VİDEO
6-02-2021, 12:34
313 dəfə baxılıb
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) 77 hərbçisinin Türkiyənin "Baykar” şirkətində keçirilən təlimləri uğurla başa vurublar.
Azərbaycanın Türkiyədəki Səfirliyindən "Ölkə.Az"a verilən məlumata görə, 4 ay davam edən "Bayraktar TB2 silahsız pilotsuz təyyarələrin (SİHA) operatoru” təlimində iştirak edən hərbçilərimiz SİHA pilotu, komana idarəetmə, yük operatoru və digər texniki vəzifələr üzrə sertifikatlar alıblar.
Sertifikatları şirkətin baş direktoru Haluk Bayraktar və "Baykar Texnologiya”nın lideri Selçuq Bayraktar təqdim edib.
Tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın Türkiyədəki Hərbi Attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanının müavini polkovnik Elşad Pənahov və general Namiq İslamzadə, Müdafiə Nazirliyinin HHQ İdarəsinin rəisi polkovnik Elçin Axundov iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: