sonnoqte.az
Xəbər başlıqları
  • 08:58 – İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək 
  • 10:47 – Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul etdi - FOTOLAR 
  • 12:22 – Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək 
  • 08:11 – Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 

Prezident İslam Kərimovun məqbərəsini ziyarət edib - FOTO

15-09-2022, 11:36 201 dəfə baxılıb

Prezident İslam Kərimovun məqbərəsini ziyarət edib - FOTO


Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.

Hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb.

Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib. Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində “Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və siyasət xadimi, özbək xalqının əziz və sevimli oğlu İslam Abduqanieviç Kərimovun əbədi məskənidir” sözləri həkk olunub. Məqbərənin layihələndirilməsi və inşası zamanı onun dizaynının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Səmərqənddəki Xəzrət-Xızr məscidi ilə uyğunluğuna diqqət yetirilib.
Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO