sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Azərbaycanda COVID-19-dan ölüm və sağalma faizi açıqlanıb

7-05-2021, 15:32 208 dəfə baxılıb

Azərbaycanda COVID-19-dan ölüm və sağalma faizi açıqlanıb


“Bu gün Azərbaycanda aşkar olunan koronoviruslu xəstələrin sayı 300 mini keçib. Onların sağalma faizi 92.3, ölüm faktı isə 1.4 faiz təşkil edir. Dünya miqyasında götürəndə ölüm göstəricisi bizdə azdır. Amma buna arxayın olmamalı, qabaqlayıcı tədbirlətrimizi davam etməliyik”.
Bu fikirləri Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev deyib.

C.İsayev koronavirusa qarşı mübarizədə hər kəsi diqqətli olmağa çağırıb: "Kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalı, xəstəlik aşkar olunarsa, cəmiyyətdən təcrid olunmalıdır. Ölkəmizdə 3 aydır vaksinasiyaya başlamışıq, amma hələ əhalinin 3.78 faizi vaksinasiya olunub, yəni hər iki vaksin kursunu keçiblər. Doğurudur, dünya maşatabında bu, az rəqəm deyil. Amma bizi qane etmir. Çıxış yolumuz əhalinin vaksinasiya olunmasıdır.Bu istiqamətdə tələbələr də yaxın çevrələrində təblğatı genişləndirməlidirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO