sonnoqte.az
Xəbər başlıqları
  • 20:27 – Prezidentə Fəxri doktor adı verildi 
  • 08:33 – İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir 
  • 08:29 – İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib 
  • 15:52 – İlham Əliyevlə xanımının tədbirdən - FOTOLARI 

Bu gecə şəhid olan Asif yanvarda əsgərlikdən qayıdacaqdı... - FOTO

9-12-2021, 11:16 325 dəfə baxılıb

Bu gecə şəhid olan Asif yanvarda əsgərlikdən qayıdacaqdı... - FOTO


Xəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Qafqazinfo xəbər verir ki, 2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev subay olub. Əslən Siyəzən rayonunun Zarat kəndindəndir. 

O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var. O, hərbi xidmətə getməzdən qabaq rayonda restoranların birində ofisiant işləyib. 

A.Əliyev Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidimizin fotosunu təqdim edirik:



Allah rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO