sonnoqte.az
Xəbər başlıqları
  • 14:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 19:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 19:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 18:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Oliqarx oğluna qalib gəlmiş Fidan Abbasovanı maşından zorla apardılar

Bu gün, 12:23 1 dəfə baxılıb

Oliqarx oğluna qalib gəlmiş Fidan Abbasovanı maşından zorla apardılar


SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəni məhkəmə vermiş və qalib gəlimiş Fidan Abbasova bu gün səhər saatlarında naməlum şəxslər tərəfindən saxlanılıb.

Yaxınlarının Musavat.com-a verdiyi məlumata görə Fidan Abbasova səhər saatlarında qızı Nil İsmayılzadəni məktəbə apararkən onun idarə etdiyi maşının qarşısında digər nəqliyyat vasitəsi dayanıb. İki mülki şəxs Fidan Abbasovanı qızının gözləri qarşısında maşından zorla düşürüblər və özlərinin gəldikləri maşına mindirməklə naməlum istiqamətə aparıblar. Yaxınları bildiriblər ki, azyaşlı Nil İsmayılzadə anası Fidan Abbasovanın zorla aparılmasından stress keçirib.

Musavat.com xəbər verir ki, Fidan Abbasova Orxan İsmayılzadədən qızları Nil İsmayılzadəyə aliment ödənməsi, ad və soyadını verməsi iddiası ilə çıxış etmişdi.

 Uzun illərə söykənən məhkəmə çəkişmələrindən sonra, 2026-cı il aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Fidan Abbasovanın xeyrinə qərar qəbul olunub. Apellyasiya instansiyası iş üzrə Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsini qüvvədə saxlayıb. Həmin qətnamə ilə Orxan İsmayılzadə Nilin atası hesab olunub, onun şəxsiyyət vəsiqəsində atası qrafasında Orxan, soyad qrafasında isə İsmayılzadə sözləri yazılması qət olunub. Eyni zamanda həmin qətnamə ilə Orxan İsmayılzadənin qızı Nil İsmayılzadənin saxlanılması üçün hər ay 500 manat aliment ödəməli olduğunu da müəyyən edilib.

İşin mahiyyəti ondan ibarətdir ki, Fidan Abbasova qızı Nilin atasının Orxan İsmayılzadə olduğunu deyir, müvafiq sübutlar təqdim edir. Orxan İsmayılzadə isə əksini iddia etsə də, məhkəmənin təyin etdiyi ekspertizalara qatılmaqdan yayınmaqla həqiqətin üzə çıxmasından yayınır. Fidan Abbasova bildirir ki, Orxan İsmayılzadə ilə 2012-ci ildən faktiki nikah münasibətlərində olublar və bu münasibətlərdən 2015-ci ildə Nil adlı qız övladı dünyaya gəlib. Lakin Orxan İsmayılzadə uşağın atası kimi tanınmaqdan və onun saxlanılmasında iştirak etməkdən imtina edib. Məhkəmə prosesi zamanı təqdim olunan materiallarda tərəflərin birlikdə yaşaması, xarici ölkələrə birgə səfərləri və digər faktlar göstərilsə də, cavabdehin ekspertizadan yayınması səbəbindən əsas sübutlardan biri hesab olunan DNK testi baş tutmayıb.

Qanuna görə tərəflərdən biri ekspertizanın işindən iştirakdan yayınması qarşı tərəfin xeyrinə yozulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO