sonnoqte.az
Xəbər başlıqları
  • 22:49 – Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - Fotolar+Video 
  • 13:48 – İlham Əliyev uşaqlarla bir arada - Fotolar 
  • 12:12 – Prezident Bəylik kəndinin açılışında - Fotolar 
  • 10:08 – Prezident İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub 

Müğənni Dəniz Əsədova həbs edildi

15-05-2025, 11:38 8 dəfə baxılıb



Özünü müğənni kimi təqdim edən Dəniz Əsədova hakim qarşısına çıxarılıb. O, dörd nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilib. Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında dörd şikayət daxil olub. İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var.

Məhkəmə vəkillərdən birinin şikayətini təmin edib və Dəniz Əsədova məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, D.Əsədova həmin şəxsləri özünə məxsus sosial şəbəkə hesablarında təhqir və təhdid edib. Bu məhkəmə prosesləri uzun müddətdir davam edir və proseslərin uzanmasının bir neçə səbəbi var. Bütün bu səbəblər Dəniz Əsədovadan asılı olub.

O, bir neçə dəfə vəkil dəyişərək işin uzanmasına səbəb olub. Bir neçə dəfə də məhkəmə çağırışlarına məhəl qoymayıb. Binəqədi Rayon Məhkəməsi Əsədova barəsində məhkəməyə gəlmədiyi üçün iki dəfə də axtarış elan edilib. Əsədova sonradan məhkəməyə könüllü getdiyi üçün barəsində axtarış dayandırılıb.

Əsədovanın fəaliyyətində diqqət çəkən bir neçə məqam da var. O, sosial şəbəkə hesablarında daha əvvəl də ayrı-ayrı şəxsləri təhqir etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb. Həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum edilib.

Onun sosial şəbəkə hesablarından prokurorluq əməkdaşlarını, hakimləri və digər hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərini təhdid və təhqir etməsi ilə bağlı bir neçə videogörüntü də var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO