sonnoqte.az
Xəbər başlıqları
  • 20:09 – Prezident məmurlara tapşırıq verdi 
  • 11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 

Vardanyana növbəti zərbə

20-02-2024, 08:38 85 dəfə baxılıb

Vardanyana növbəti zərbə


Gürcüstanın Bank of Georgia (BOGG) bankı, sahiblərindən biri Ruben Vardanyan olan Ermənistanın "Ameriabank"ın səhmlərinin 100%-ni almaq niyyətində olduğunu açıqlayıb. 
Gürcüstan bankı "Ameriabank"ın 90%-ni alacaq, qalan 10%-i səhmdarların opsion müqaviləsinə uyğun olaraq Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) saxlanacaq.

Bu barədə BOGG saytında bildirilir.

Məlumatda bildirilir ki, satışın əməliyyat məbləği təqribən 303,6 milyon ABŞ dolları təşkil edəcək.

Ən son açıq məlumatlara görə, "Ameriabank"ın əsas səhmdarları arasında 2023-cü ildə həbs edilərək Bakıya gətirilən separatçı Ruben Vardanyan da var. Ona məxsus "Imast Group" (CY) Limited şirkəti bankda 48,8% səhmə malikdir. 

Mesrop Arakelyan öz feysbuk səhifəsində yazıb ki, Vardanyanın bankla heç bir əlaqəsi yoxdur.

"Ruben Vardanyanın 48,8% payı "İmast Group" şirkətinə verilib. Heç bir səhmdarın təkbaşına belə məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur", - Arakelyan qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO