sonnoqte.az
Xəbər başlıqları
  • 11:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 19:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 19:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar

23-02-2022, 10:00 255 dəfə baxılıb

Cabir Qurbanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

8 saylı yol istirmar idarəsi Cabir Qurbanov - 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.


 
Artıq 14 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir. 

Qeyd edək ki, cəmiyyətin balansında 1316 ədəd körpü, ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, bunun da  4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.  

8 saylı yol istirmar idarəsi Cabir Qurbanov - Bugünkü reallıqlar Azərbaycanın qlobal çağırışlara uyğun düzgün siyasət yürütdüyünü təsdiq edir. “Azərbaycan regionun aparıcı dövləti kimi bu bölgədə ciddi təsir imkanlarına malik iki güclü dövlətlə münasibətləri ən yüksək səviyyəyə qaldrırmaqla Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaradıldığını bir daha təsdiq edir”. Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Azərbaycan regionda sülh və əməkdaşlıq dövrünün başlandığını açıq şəkildə bəyan edib. Bu gün həyata keçirilən siyasətin məqsədi bu yeni dövrün reallıqlarını möhkəmləndirmək, sülh, əməkdaşlıq və rifah üçün zəruri şərtləri təmin etməkdir.


Vəzir Həsənov: Bugünkü reallıqlar Azərbaycanın qlobal çağırışlara uyğun düzgün siyasət yürütdüyünü təsdiq edir

Azərbaycanın regionun iki böyük gücü ilə münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırması ölkənin milli maraqlarına xidmət edir: “Biz çox da uzaq olmayan tarixdə regional güclərlə münasibətləri zədələyən, reallıq hissindən uzaq siyasətin hansı ağır nəticələr verdiyinin şahidi olmuşuq. Çox təəssüf ki, özünü siyasətçi adlandıran bəzi şəxslər, siyasi fəaliyyətlə məşğul olduğunu iddia edən müəyyən təşkilatlar bu gün Azərbaycanın qlobal güclərlə əlaqələrini möhkəmləndirməsini emosiyalara hesablanmış, praqmatizmdən tamamilə uzaq tezislərlə şərh etməyə cəhd göstərirlər. Hesab edirəm ki, bunun iki səbəbi ola bilər: Ya onlar ümumiyyətlə geosiyasətdən xəbərsizdirlər. Yaxud da baş verənləri anladıqları kimi deyil, arzuladıqları kimi təqdim etməyə çalışırlar. Bu, çox təəssüf doğurur”.

Bu gün dünyada baş verən proseslər ehtiyatlı, düşünülmüş və milli mənafeləri maksimum səviyyədə qorumağa imkan verən xarici siyasət strategiyası həyata keçirməyin son dərəcə zəruri olduğunu göstərir: “Bir çox ekspertlər bu fikri təsdiq edirlər ki, İkinci Dünya müharibəsindən sonra dünyada heç vaxt indiki qədər qəliz, gərgin bir vəziyyət yaranmayıb. Bu gərgin mərhələdə ölkənin milli maraqlarını qorumaq, təhlükəsizliyini təmin etmək son dərəcə çətindir. Hesab edirəm ki, bugünkü reallıqlar Azərbaycanın qlobal çağırışlara uyğun düzgün siyasət yürütdüyünü təsdiq edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO