sonnoqte.az
Xəbər başlıqları
  • 10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 11:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 20:22 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ 
  • 20:18 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür

18-06-2021, 09:21 376 dəfə baxılıb

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür


Mübariz Ağakərim  oğlu İbrahimov 1988 ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.

Mübariz 2005-ci ildə hərbi xidmətə çağrılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib. 

Bir müddət mülki işlərdə işlədikən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. O, 2009-cu ilin avqustunda valideynlərini razı salıb və hərbi xidmətə yollanıb. 

O, 2010-cu ilin aprelində Tərtər rayonu istiqamətində N saylı hərbi hissədə xidmətə başlayır. Həmin ilin 18 iyununda gecə saat 23:30 radələrində təkbaşına iki ordu  arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Düşmənin öz  silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.

Mübariz İbrahimov iyunun 18-də səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

Ruhu şad olsun! 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO