sonnoqte.az
Xəbər başlıqları
  • 11:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Türkiyə hərbi əməliyyatlara başlayıb

18-04-2022, 15:30 268 dəfə baxılıb

Türkiyə hərbi əməliyyatlara başlayıb


Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında PKK terrorçularına qarşı yeni hərbi əməliyyata başlayıb.

"Anadolu" xəbər verir ki, əməliyyatda xüsusi təyinatlılar və hərbi hava qüvvələri iştirak edir.

"Associated Press" Türkiyənin müdafiə naziri Hulusi Akarın sözlərinə  istinad edərək  bildirir ki, təyyarələr PKK-nın sığınacaqlarına, bunkerlərinə, tunellərinə, mağaralarına və anbarlarına dəqiq zərbələr endirib.

"Əməliyyat planlaşdırıldığı kimi uğurla davam edir. İlk mərhələdə qarşıya qoyulan məqsədlərə nail olundu... Biz millətimizi 40 ildir ölkəmizi bürüyən terror bəlasından xilas etmək əzmindəyik. Mübarizəmiz sonadək davam edəcək”, - nazir Hülusi Akar  deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin iyul ayından bu yana ölkə daxilində 6 min, xaricdə isə 6,9 min PKK üzvünün məhv edildiyini, Türkiyə təhlükəsizlik qüvvələrinin itkilərinin 1,2 min nəfərdən çox olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO