sonnoqte.az
Xəbər başlıqları
  • 08:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 10:40 – Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 
  • 10:36 – İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb 
  • 14:50 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO 

Ərdoğan İrana xəbərdarlıq etdi - “Necə millət olduğumuzu dəfələrlə göstərmişik”

5-03-2026, 09:00 6 dəfə baxılıb

Ərdoğan İrana xəbərdarlıq etdi - “Necə millət olduğumuzu dəfələrlə göstərmişik”


“NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq bütün lazımi tədbirləri görürük və lazım olduqda dərhal müdaxilə edirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərlə olan iftar yeməyində İrandan atılan ballistik raketin Türkiyə hava məkanında zərərsizləşdirilməsi haqda danışarkən deyib.

Türkiyə Prezidenti çıxışı zamanı İrana xəbərdarlıq edib:

“Əgər bir millət olaraq bu torpaqlarda, əbədi vətənimizdə sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, çəkindirmə qabiliyyətlərimizi daim artırmalıyıq.

Oxşar hadisələrin bir daha baş verməməsi üçün xəbərdarlıqlarımızı ən aydın şəkildə edirik.

Ölkəmizin və millətimizin təhlükəsizliyini təmin etmək iradəmiz və qabiliyyətimiz ən yüksək səviyyədədir.

Tariximizdə vətənimiz və bayrağımız təhdid altında olduqda, müstəqilliyimiz və gələcəyimiz təhlükə altında olduqda necə bir millət olduğumuzu dəfələrlə göstərmişik”.(qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO