sonnoqte.az
Xəbər başlıqları
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 08:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Conson: Putin məni raket hücumu ilə hədələdi

30-01-2023, 09:41 217 dəfə baxılıb

Conson: Putin məni raket hücumu ilə hədələdi


“Bir dəqiqə vaxt aparacaq və hər şey həll olunacaq”

Rusiya prezidenti Putin Ukraynaya hərbi təcavüzdən əvvəl telefon danışığı zamanı məni raket hücumu ilə hədələdi.

 BBC xəbər verir ki,  bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib.

Telefon danışığı zamanı Conson Putinə müharibənin tamamilə fəlakətlə nəticələnəcəyi, Qərbin sanksiyalarına və Rusiya sərhədlərində NATO qoşunlarının mövcudluğunun artmasına səbəb olacağı barədə xəbərdarlıq edib. O, həmçinin Putinə Ukraynanın yaxın gələcəkdə Alyansa qoşulmayacağını bildirib. 

“Bir anda o, məni hədələdi və dedi: “Boris, mən səni incitmək istəmirəm, ancaq bir raketlə  cəmi bir dəqiqə vaxt aparacaq. Hər şey  həll olunacaq” və ya buna bənzər bir şey”- Conson qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO