sonnoqte.az
Xəbər başlıqları
  • 12:50 – Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 

Bu gün Putinin yeni hərbi səfərbərlik elan etməsi gözlənilir - ISW

18-01-2023, 09:34 159 dəfə baxılıb

Bu gün Putinin yeni hərbi səfərbərlik elan etməsi gözlənilir - ISW


Rusiya prezidenti Vladimir Putinin bu gün, yanvarın 18- də növbəti hərbi səfərbərlik elan edəcəyi gözlənilir.

Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatında deyilir.
“ISW”-nin məlumatına görə, Putin Ukraynaya da rəsmi müharibə elan edə bilər. Bugünkü tarix onun üçün simvolikdir.

“Putin yanvarın 18-də ordusunu gücləndirmək üçün hərbi səfərbərliyin ikinci dalğasını elan edə bilər. Kremlin sözçüsü Dmitri Peskov yanvarın 17-də elan edib ki, Putin yanvarın 18-də Sankt-Peterburqda nitqlə çıxış edəcək” - məlumatda deyilir. 
Leninqradın faşist blokadasından yarılmasının 80-ci ildönümündə Putin rus xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi xoşlayır.
Bəzi rusiyalı müharibə tərəfdarı bloggerlər Putinin bu fürsətdən istifadə edərək Ukraynaya səfərbərlik və ya müharibə elan edəcəyini qeyd ediblər. 
Qərb kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyası  cəbhəyə 500 minə qədər adam göndərmək üçün yeni səfərbərlik elan etməyə hazırlaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO