sonnoqte.az
Xəbər başlıqları
  • 12:50 – Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 

Rusiyaya qarşı yeni sanksiyalar: Siyahıda tanınmış aktyor da var

20-07-2022, 09:28 225 dəfə baxılıb

Rusiyaya qarşı yeni sanksiyalar: Siyahıda tanınmış aktyor da var


Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeddinci sanksiyalar paketi çərçivəsində “Gecə canavarları” motoklubunu və onun rəhbərlərini qara siyahıya salacaq.

Söhbət qurumun prezidenti Aleksandr Zaldastanov (cərrah) və içlərində Slovakiya vətəndaşı və klubun Avropa bölməsinin rəhbəri Yozef Hambalekin də olduğu üç müavinindən gedir. Siyahı təsdiq olunarsa, Bratislava Hambalekin aktivlərini dondurmağa və Slovakiyanın digər Aİ dövlətləri ilə sərhədindən keçməsinə qadağa qoymağa məcbur olacaq.

Baykerlərə qarşı məhdudiyyətlərin tətbiqi Avropa İttifaqına üzv ölkələrin səfirləri tərəfindən müzakirə edilib.

Sanksiyalar siyahısına həmçinin “Sberbank”, Ural Mədən-Metallurgiya Şirkətinin baş direktoru Andrey Kozitsın, həmçinin Moskva meri Sergey Sobyanin, aktyorlar Sergey Bezrukov və Vladimir Maşkov, “Rostek”in rəhbəri Sergey Çemezov daxil olacaqlar.

Sanksiyalar siyahısı çərşənbə günü təsdiq oluna bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO