sonnoqte.az
Xəbər başlıqları
  • 09:59 – İlham Əliyevdən liderlərin Ağdam səfərilə bağlı PAYLAŞIM 
  • 20:55 – Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB 
  • 15:09 – İlham Əliyev Xankəndidə açılışlar etdi 
  • 13:15 – İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub 

Ötən gün təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

26-12-2024, 11:25 62 dəfə baxılıb

Ötən gün təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib


Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

 report xəbər verir ki, insanlar qəzada həlak olanların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət başçısının müvafiq Sərəncamı ilə dekabrın 26-da Azərbaycan ərazisində matəm elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO