Quruculuq missiyasını məsuliyyət və vətən sevgisi ilə birləşdirən iş adamı

Tikinti sektoru hər bir ölkənin inkişaf göstəricilərindən biri hesab olunur. Yeni yaşayış məntəqələrinin salınması, insanların rahat yaşayışı üçün müasir binaların inşa edilməsi, şəhər və rayonların simasının dəyişməsi gələcəyə qoyulan ən mühüm sərmayələrdəndir. Bu sahədə fəaliyyət göstərən insanlar yalnız bina tikmir, eyni zamanda insanların sabahını, rahatlığını və rifahını formalaşdırırlar. Məhz belə şəxslərdən biri də tikinti sektorunda uğurlu fəaliyyəti ilə tanınan Ağasəf Mustafayevdir. Onun həyata keçirdiyi layihələr, ölkənin inkişafına verdiyi töhfələr və insanlara olan münasibəti onu cəmiyyət arasında hörmət qazanan simalardan birinə çevirib.
Ağasəf Mustafayev fəaliyyət göstərdiyi sahədə hər zaman keyfiyyət, məsuliyyət və peşəkarlıq prinsiplərinə üstünlük verən insan kimi tanınır. Onun rəhbərliyi və iştirakı ilə həyata keçirilən tikinti layihələri insanların rahat yaşayışını təmin etməklə yanaşı, ölkəmizin ümumi inkişaf strategiyasına da mühüm töhfələr verir. Tikilən hər bir bina, yaradılan hər bir yaşayış məkanı gələcəyə hesablanmış bir xidmət nümunəsidir. Bu yanaşma onun fəaliyyətində əsas prinsip kimi özünü göstərir.
Bu gün Azərbaycanın müxtəlif bölgələrində aparılan genişmiqyaslı quruculuq işləri ölkəmizin inkişafının bariz göstəricisidir. Xüsusilə işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən tikinti layihələri yeni bir həyatın başlanğıcı kimi qiymətləndirilir. Ağdamda həyata keçirilən tikinti işlərində iştirak etmək, dağıdılmış torpaqlarda yenidən həyat qurulmasına töhfə vermək hər kəsə nəsib olmur. Ağasəf Mustafayev də bu müqəddəs missiyanın iştirakçılarından biri kimi doğma Qarabağ torpaqlarında yeni evlərin, yeni yaşayış məkanlarının tikintisinə öz töhfəsini verir. Ağdamda yüksələn hər yeni bina, salınan hər yeni məhəllə yalnız tikinti layihəsi deyil, həm də Vətənə xidmət nümunəsidir.
İllər boyu düşmən vandalizminə məruz qalmış Ağdamın yenidən qurulması hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu torpaqlarda aparılan tikinti işləri insanların öz doğma yurdlarına qayıtmasına xidmət edir. Ağasəf Mustafayevin bu prosesdə iştirakı onun dövlətə, xalqa və torpağa bağlılığının göstəricisidir. O, tikinti sektorundakı fəaliyyətini yalnız biznes fəaliyyəti kimi deyil, eyni zamanda milli və mənəvi məsuliyyət kimi qiymətləndirən insanlardandır.
Ağasəf Mustafayevi fərqləndirən xüsusiyyətlərdən biri də onun xeyirxahlıq və humanizm prinsiplərinə sadiqliyidir. O, yalnız iş fəaliyyəti ilə deyil, insanların yanında olması ilə də tanınır. Xüsusilə aztəminatlı ailələrə göstərdiyi diqqət, onların problemlərinə həssas yanaşması və bayram günlərində bu ailələrin sevincinə şərik olması onun xarakterinin ən gözəl cəhətlərindən biridir. Maddi vəziyyəti ağır olan insanların üzündə təbəssüm yaratmaq, onların qayğılarını azaltmaq üçün göstərdiyi təşəbbüslər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı isə onun fəaliyyətində xüsusi yer tutur. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinin yanında olmaq, onların problemləri ilə maraqlanmaq, ehtiyac duyduqları məqamlarda dəstək göstərmək hər bir vicdanlı insanın borcudur. Ağasəf Mustafayev bu məsuliyyəti dərindən anlayan insanlardandır. O, şəhid ailələrinin müqəddəs əmanət olduğunu hər zaman diqqətdə saxlayır və onların yanında olmağı mənəvi borc hesab edir.
Dövlətçilik prinsiplərinə sadiqlik Ağasəf Mustafayevin fəaliyyətində daim hiss olunur. O, Azərbaycanın inkişafını, güclənməsini və tərəqqisini hər zaman dəstəkləyən insanlardan biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən quruculuq və inkişaf siyasətinə böyük rəğbətlə yanaşır, bu siyasətin uğurla davam etməsini Azərbaycanın gələcəyi üçün mühüm amil hesab edir. Onun fəaliyyəti də məhz bu inkişaf xəttinə uyğun şəkildə qurulub.
Bu gün Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işləri bütün dünyaya Azərbaycanın gücünü və iradəsini nümayiş etdirir. Ağdamda tikilən evlər, salınan yeni yaşayış məhəllələri, qurulan müasir infrastruktur gələcək nəsillər üçün möhkəm təməl yaradır. Ağasəf Mustafayev kimi quruculuq insanlarının bu prosesdə iştirakı isə görülən işlərin keyfiyyətinə və uğuruna mühüm töhfə verir. Çünki Vətən sevgisi ilə görülən iş hər zaman daha möhkəm və daha dəyərli olur.
Onun fəaliyyətində diqqət çəkən digər mühüm məqam insan amilinə verdiyi dəyərdir. Tikinti sahəsində çalışan əməkdaşlara münasibətdə ədalətli yanaşma, kollektivdə sağlam iş mühitinin formalaşdırılması və hər bir işçinin əməyinə hörmətlə yanaşılması onun rəhbərlik fəlsəfəsinin ayrılmaz hissəsidir. Məhz buna görə də onun ətrafında çalışan insanlar ona böyük hörmət və etimad göstərirlər.
Ağasəf Mustafayev bu gün öz fəaliyyəti ilə sübut edir ki, əsl uğur yalnız görülən işlərlə ölçülmür. İnsanların hörmətini qazanmaq, dövlətə sədaqətlə xidmət etmək, Vətənin inkişafına töhfə vermək və ehtiyac sahiblərinin yanında olmaq daha böyük dəyərdir. Tikdiyi evlər insanlara sığınacaq, göstərdiyi diqqət isə insanlara mənəvi dayaq olur. Bu səbəbdən də onun adı tikinti sektorunda yalnız peşəkarlıqla deyil, həm də xeyirxahlıq, dövlətə bağlılıq və vətənpərvərlik anlayışları ilə birlikdə çəkilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: