sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – Prezident sammitdə çıxış edir - Canlı 
  • 13:38 – “Onlara pis xəbərim var...” - İlham Əliyev 
  • 13:13 – Prezident İlham Əliyev COP29 Liderlər Sammitində çıxış etdi: dövlət başçısından mühüm mesajlar 
  • 08:44 – Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib 

Səməd Əliyev: Azərbaycan tarixi Zəfərə imza atdı, öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı

5-11-2024, 09:39 22 dəfə baxılıb

Gültəkin İsmayılova: Zəfər Günü - Azərbaycan tarixində yeni dövrün başlanğıcı

Xan Lənkaran - Hotel, Restoranın rəhbəri
Səməd Əliyev


Tarixi Zəfərimizdən 4 il keçir. Son dörd ilin harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün necə qürurverici olduğunu təsəvvür etmək çətin deyil. 30 il  bir milyondan artıq soydaşının qaçqın və məcburi köçkün vəziyyətində olmasının, 20 faiz torpağının düşmən tapdağı altında qalmasının acısını yaşayan xalqın bu gün keçirdiyi hisslər bəllidir. Tarixi ədalət,  ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi, artıq soydaşlarımız mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdır. 30 il bu günü səbirsizliklə gözləyən xalqımız tam əmin idi ki, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq və bu ərazilərdə yeni həyat başlayacaq.

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub. Hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Lider və düşünülmüş siyasət amillərinin hər bir ölkənin inkişafında, qarşıya qoyduğu hədəflərə zamanında və yüksək səviyyədə nail olmasında əsas faktor olduğu daim önə çəkilir. Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olmasını səciyyələndirən də məhz bu amillərdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi oldu. Təbii ki, həmin dövrün reallıqları hər kəsə bəllidir. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşayır, ərazilərimiz biri-birinin ardınca işğal olunurdu. Ümummilli Lider Azərbaycanı həmin təhlükələrdən, çətinliklərdən xilas etdi. Ulu Öndər öncə ölkəmizin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə atdığı addımları ilə yeni Azərbaycan qurdu. 1993-2003-cü illər ölkəmizin tarixinə inkişaf, tərəqqi, dirçəliş dövrü kimi yazıldı. Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyil. Ümummilli Lider tarixi Zəfərə gedən yolun əsasını qoyaraq növbəti mərhələdə görüləcək işləri cənab İlham Əliyevin uğurla həyata keçirəcəyinə inamını ifadə etdi. Əminliklə qeyd etdi ki, mənim axıra çatdıra bilmədiyim işləri, planları İlham Əliyev axıra çatdıracaq. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə müraciətində yer alan fikirlərə nəzər salsaq bu gün həmin vədlərin reallıqda öz əksini tapmasını qürurla qeyd edə bilərik. Dövlətimizin başçısı İlham Əliyev həmin vaxt  bildirmişdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı zəfərlərə aparacağıq.

Bu gün xalqımız bu zəfərlərin sevincini yaşayır. Dörd il bundan öncə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “İrəli!” əmrini alan rəşadətli ordumuz böyük ruh yüksəkliyi ilə  bu tapşırığın icrasına başladı. 

“Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibənin gedişi dövründə xalqa müraciətlərinin hər biri zəfər ruhunda oldu. Hər bir müraciətində xalqa müjdələr çatdıran dövlətimizin başçısı İlham Əliyev müharibənin qələbə ilə başa çatacağına əminliyini ifadə edirdi. 44 gündə tariximizə yazılan zəfər səhifələri bu əminliyə əsas verirdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Dövlətimizin başçısı İlham Əliyev bu münasibətlə xalqa müraciətində Bəyanatın imzalanmasını şərtləndirən amilləri bir daha diqqətə çatdıraraq Qarabağın tacı Şuşanın işğaldan azad edilməsinin xüsusi rolunu vurğuladı. Bildirdi ki, Şuşanın azad edilməsi həm böyük siyasi, həm strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur. Bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə  növbəti şanlı hərbi qələbəmiz olub.

Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məqama xüsusi diqqət yönəldir ki,  Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçdi. Güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq.

Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələri ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir.

Tarixi Zəfərimizdən sonrakı dörd ildə də Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi əsas prioritetlər sırasındadır. Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizin tam bərpa edilməsi bunun bariz nümunəsidir. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə  ötən ilin 19 sentyabr tarixində lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan bütün ölkə ərazisində öz suverenliyini tam bərpa etdi. Bu, ölkəmizin növbəti Qələbəsi oldu. 15 oktyabr tarixində isə  Prezident,  Müzəffər Ali Baş Komandan  İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı və bu məkandan Ermənistana, ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. Tarixi Zəfərimizdən ötən dörd ildə imza atdığımız zəfərlər sırasında Qazaxın dörd kəndinin geri qaytarılmasını da qeyd edə bilərik. Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilən bu mühüm hadisə, eyni zamanda, belə bir reallığı da təsdiqlədi ki, vasitəçilik olmadan da məsələnin ədalətli həllinə nail olmaq mümkündür. Keçmiş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə atılan uğursuz Minsk qrupu 30 illik zaman kəsiyində fəaliyyətinin nədən ibarət olduğunu dərk etmədi.

Tarixi Zəfərimiz, eyni zamanda, Azərbaycanın informasiya cəbhəsindəki üstünlüyünə işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin müharibənin getdiyi dövrlərdə xarici mətbuata çoxsaylı müsahibələrinin hər biri bu baxımdan zəngin mənbədir. Prezident İlham Əliyev həmin müsahibələrində dünyanın aparıcı dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara tarix, hüquq, hərbi və milli qürur dərsi kecdi. Bir daha bildirdi ki, Qarabağ məsələsi ədalət, milli qürur, beynəlxalq hüquq məsələsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu reallıqların təqdimatı oldu. Sübut edildi ki, ədalət və beynəlxalq hüquq var. Buna nail olmaq üçün sadəcə qətiyyət göstərmək lazımdır. Azərbaycan istər 30 illik işğal, istər 44 günlük Vətən müharibəsi, istərsə də suverenliyimizin bərpasından sonra aramsız qərəzli ittihamlarla, təzyiqlərlə, sanksiyaların tətbiqi çağırışları ilə üz-üzə qalsa da dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti bütün cəhdlərin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq.

Soydaşlarımızın qayıdış ünvanlarının sayının artması bu işlərin miqyası və sürəti barədə aydın təsəvvür yaradır. Son bir ildə sakinlərinə qovuşan şəhərlər sırasına Şuşa, Xocalı və Cəbrayıl da daxil oldu. Xankəndi və Kəlbəcər şəhərlərinə qayıdış da bu ilin hədəfləri sırasındadır. Son dörd ilin reallıqları sabaha daha böyük inamla addımlamağa əsas verir. Böyük Qayıdış Proqramının uğurlu icrası Azərbaycanla bağlı bütün məqamları dünyaya çatdırır. Azərbaycan xalqı qurucu, öz torpaqlarına sahib çıxan, yenilməz, məğrur  xalqdır. Dövlətimiz soydaşlarımızın yüksək rifah şəraitində yaşamasını qarşıya prioritet məsələ kimi qoyur. Atılan addımlar iqtisadi və maliyyə imkanlarımızı nümayiş etdirir. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, güclü Azərbaycan həmişə hədəfimiz olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO