sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Emin Əmrullayevdən şagirdlərin internetdən düzgün istifadəsi ilə bağlı AÇIQLAMA

15-02-2021, 11:20 268 dəfə baxılıb

Emin Əmrullayevdən şagirdlərin internetdən düzgün istifadəsi ilə bağlı AÇIQLAMA


“Biz alətlərlə məqsədləri qarışdırmamalıyıq. İnternetdən yanlış istifadə şagirdləri irəli aparmır”.
Oxu.az məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Real Tv-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, uşaqları kompüter gözə zərər verdiyi üçün ondan uzaq salmaqla övladlarımıza daha çox ziyan vurmuş oluruq:

“Bunu təhsillə müqayisə edim. Mərkəzləşdirilmiş imtahanlar həm faydalıdır, həm də zərərli. Müəllimlərin işə qəbulu (MİQ) imtahanı şəffaflıq yaradır, korrupsiya hallarını aradan qaldırır, rəqabət yaradır. Amma, müəllimi öz kəndinə, məktəbinə göndərə bilməməyimiz, fərdi yanaşmanın olmaması baxımından zərərlidir. Ümumilikdə bu proses faydalıdır. Nə vaxtsa onu zərərləri faydalılığından çox olarsa, onu saxlamaq mümkün olmayacaq”.

Nazir qeyd edib ki, texnologiyalar faydalıdır və biz onları məktəbə gətirməliyik:

“Bu gün evlər texnologiyalar baxımından fərqlənir. Mən “touch screen”lə ilk təmasımı xatırlayıram. Amma bizim övladlarımız bunu xatırlamayacaq. Onlar texnologiyalar əsrində doğulur və evlərində müasir cihazlar var. Bizim valideynlər bəzi hallarda öz uşaqlarından aşağı nəticə gözləyirlər. Məsələn, deyirlər ki, uşaqlar altı yaşından hərfləri öyrənə bilərlər?

Uşaqlar hərfləri 3-4 yaşından da öyrənə bilər. Cihazlar isə bunu bir az da sürətləndirir. Texnologiyanın yaxşı və pis olması məsələsini yəqin ki yaxın onilliklərdə görəcəyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO