sonnoqte.az
Xəbər başlıqları
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 
  • 13:43 – Prezident: Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar 
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 

Paşinyan: "Kommunikasiyaları açmaq lazımdır, biz buna hazırıq "

8-11-2021, 10:15 192 dəfə baxılıb

Paşinyan: "Kommunikasiyaları açmaq lazımdır, biz buna hazırıq "


"Hesab edirik ki, bəli, Azərbaycan Ermənistan ərazisindən Naxçıvanla əlaqə saxlamalıdır, biz buna hazırıq. Azərbaycanın Türkiyə ilə əlaqə saxlamaq imkanı olacaq".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çox böyük iş görüb.  

“Əvvəlcə mövcud kommunikasiyaları açmaq lazımdır. Zaman keçdikcə yük daşımalarının həcmi artır və yeni kommunikasiyalara ehtiyac  yaranır, onda bu barədə düşünmək olar”, - o qeyd edib.

Paşinyan onu da əlavə edib ki, üçtərəfli işçi qrupu bütün mümkün marşrutları müəyyənləşdirib. 
"İndi biz bu marşrutları danışıqlar zamanı müzakirə edib razılığa gəlməliyik. Burada çətini texniki məsələlər deyil, ən çətin məsələ müəyyən ediləcək formadır. Bu kommunikasiyalar hansı formada işləyəcək. Sərhəd məntəqələrində gömrük, pasport, fitosanitar məntəqələri fəaliyyət göstərməlidir", - Paşinyan deyib.

O deyib ki, ümumilikdə proses normal gedir, amma müəyyən  çətinliklər və  texniki məsələlər də var: “İşçi qrupda bunlar müzakirə olunur ki, necə və hansı texniki problemləri həll etmək olar. Qalan hər şey siyasi qərarlar müstəvisində olan məsələdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO