sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Hərbi Prokurordan "Tərtər işi" ilə bağlı açıqlama

1-11-2021, 10:20 204 dəfə baxılıb

Hərbi Prokurordan "Tərtər işi" ilə bağlı açıqlama


"İstintaq müddətində dövlətə xəyanətdə şübhəli bilinən şəxslərə qarşı qanundankənar fiziki zorakılıqlar həyata keçirilib".
Dövlətə xəyanətdə ittiham olunanların və hərbçilərə işgəncə verənlərin cinayəti qanunla sübuta yetirilib.

"Ölkə.Az" xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı açıqlama verərkən deyib.

O bildirib ki, 2017-ci ilin mayında cinayə işi başlanıb və istintaqın gedişində bir neçə nəfərin dövlətə xəyanət etdiyi aşkar olunub:

"Həmin cinayət işləri üzrə təqsirləndirilən şəxlər barəsində hökm çıxarıldı. Sonra həmin hökmlərdən məhkum olunmuş şəxslər apelyasiya, ardınca kassasiya şikayəti verdi. Həm apellyasiya, həm də kassasiya mərhəsindən göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı olduğu müəyyən olunduğundan, hökmlər qüvvəsində saxlanıldı.

Bununla yanaşı hərbi prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaq müddətində dövlətə xəyanətdə şübhəli bilinən şəxslərə qarşı qanundankənar fiziki zorakılıqlar həyata keçirilib və nəticədə cinayət işi başlayana qədər bir nəfər vəfat edib. Şəxsən özüm və Respublika Baş Prokurorunun müavini Şəfahət İmranov, ondan başqa Respublika Baş prokurorunun birinci müavini Rüstəm Usubov, idarə rəisi, köməkçisi və s. həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, həqiqətən kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə də dərhal cinayət işi başladıq. Tələbimlə Müdafi Nazirliyinin Tibb Xidmətindən böyük bir həkim briqadası gəlib həmin şəxsləri müayinə etdi və kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğu müəyyənləşdirildi, bəziləri Hərbi Hospitala göndərildi.

Həmin şəxslərin böyük bir qisminin həyatı xilas edildi. İşgəncə ilə bağlı cinayət işi başlanıldı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Barələrində müxtəlif hökmlər qəbul edildi. Onlar da hökmdən şikayət verdilər, lakin apellyasiya və kassasiya mərhələsində şikayətlərin əsassız olduğu müəyyən edildi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO