sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Ərdoğan: Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib

31-07-2021, 18:28 186 dəfə baxılıb

Ərdoğan: Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib


"Azərbaycan, Rusiya, Ukrayna, son anda isə İranın göndərdiyi yanğınsöndürən təyyarələrlə yanğının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Belə zamanlarda qardaşlığa, həmrəyliyə daha çox ehtiyac duyulur. Yanğınların əksəriyyəti nəzarət altına alınıb. Atdığımız son addımlarla yanğının söndürülməsinə cəlb edilən təyyarələrin sayı 6-dan 13-ə çatdırılıb. Yanğınla mübarizəni həssas şəkildə aparmaq məcburiyyətindəyik", - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, yanğından zərəçəkənlərə dəymiş ziyan tamamilə ödəniləcək.

"Yanğınların sabotaj nəticəsində törədilməsi şübhəsi hamı kimi, bizi də narahat edir. Hazırda məsələ ilə bağlı geniş araşdırma aparırılır və bütün suallara aydınlıq gətiriləcək. Terror təşkilatının rəhbərləri ötən il yanğın törətməklə bağlı göstəriş verəndən sonra ölkəmizdə yanan ərazilərin sayı 2 dəfə artmışdır. Şəhərlərimizdəki terror əlaltılarını yox etməkdə qərarlıyıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO