sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri başlayıb - FOTO

6-07-2021, 10:04 204 dəfə baxılıb

Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri başlayıb - FOTO


Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.
Nazir Tbilisidəki Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü ziyarət edərək önünə əklil qoyub.

Ziyarətdə Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin müavini Soso Giorqadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları da iştirak ediblər.

Daha sonra A.Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək. Nazirlər mətbuat üçün birgə brifinq keçirəcəklər.

Görüşdən sonra nazir Tbilisidə Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edəcək.

A.Kərimovun bu gün həmçinin Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani və Tbilisi meri Kaxa Kaladze ilə də görüşü planlaşdırılıb.

Səfər iyulun 9-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO