sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

27-05-2021, 09:21 181 dəfə baxılıb

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi


Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri - “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.

Bu ilin iyun-iyul aylarında keçiriləcək beynəlxalq idman tədbirləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdıran nazir, builki yarışların pandemiya dövrünə təsadüf etdiyini və bununla əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacağını bildirib.

Nazir Vilayət Eyvazov keçiriləcək oyunlar zamanı iştirakçıların, azarkeşlərin və ölkəyə gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, şəhər ərazisindəki azarkeşlərin toplanma məntəqələrində təhlükəsizliyin gücləndirilməsi barədə tələb və tövsiyələrini verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO