sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Əli Əsədov sabah Ərdoğanla görüşəcək

17-02-2021, 13:55 213 dəfə baxılıb

Əli Əsədov sabah Ərdoğanla görüşəcək


Bu gün Baş nazir Əli Əsədov Türkiyəyə səfər edəcək.
Oxu.az xəbər verir ki, səfər Türkiyə prezidentinin köməkçisi Fuad Oktayın dəvəti ilə baş tutacaq. 

Əli Əsədov sabah Fuad Oktayla görüşəcək, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. 

Azərbaycan baş naziri iki ölkədən 150 özəl sektor təmsilçinin iştirak edəcəyi və Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın IX iclası çərçivəsində Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə keçiriləcək Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının iclasına qatılacaq. 

Əli Əsədovun Fuad Oktayla təkbətək və geniştərkibli görüşündən sonra iki ölkə arasında sazişlərin imzalanma mərasimi baş tutacaq. 

Türkiyə Prezident Administrasiyasındakı mənbədən agentliyə verilən məlumata görə, dövlət və özəl sektorda imzalanacaq yeni ticarət razılaşmalarının həcminin 100 milyon dollardan artıq olacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO