sonnoqte.az
Xəbər başlıqları
  • 09:32 – Prezident və xanımı Kəlbəcər sakinləri ilə görüşüblər 
  • 09:11 – Prezident və ailəsi səs verdi 
  • 12:22 – İlham Əliyev Belarus Prezidentini təbrik edib 
  • 12:18 – Prezident: Ermənistan qəsdən vaxt uzadır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir 

Yenə bu yetimi kim DƏLİ EDİB ÇÖLLƏRƏ SALDI AXI?.. - Belə də Paşinyan çoxdan "kıvama gəlmişdi"...

19-07-2024, 14:22 28 dəfə baxılıb



Paşinyanın Londonda Əliyevlə görüşdən imtina etməsində əsas versiya Britaniyanın Azərbaycanın gündəliyinə yaxın mövqedən çıxış etməsidir. Rəsmi formada açıqlanmasa da, Cənubi Qafqazda kommunikasiyanın Bakının şərtlərinə uyğun – Naxçıvana maneəsiz keçidin verilməsi – açılması məsələsinə Britaniya daha loyal yanaşdığı ehtimalı var. İngilislər Avrasiyada, xüsusilə Orta dəhliz üzərində yeni regional gücün yaradılmasında maraqlı tərəfdir. Noyabr ayına qədər sülh sazişi ilə bağlı sənədin imzalanması təşəbbüsü də Britaniyadan gəlib.
Ermənistan üçün Londonda Britaniyanın iştirakı ilə baş tuta biləcək görüş iki kontekstdə sərfəli deyil.
Birincisi, İrəvanın “ümid yeri” kimi baxdığı Avropada Bakının mövqelərinin güclənməsi;
İkincisi, Avropanın əsasən Ermənistanın xeyrinə olan üçtərəfli və çoxtərəfli görüş platformasında balansın Azərbaycanın xeyrinə dəyişməsi perspektivi: indiyə qədər Fransa Avropadakı danışıqlara birbaşa, yaxud dolayısı müdaxilələrlə Ermənistanın mövqeyini ön plana çıxarıb, indi situasiyanın onların əleyhinə dəyişməsi riski yaranıb; görünür, İrəvanda Britaniya Qərbdəki danışıqlarda təşəbbüsü ələ alarsa, balansı xeyirlərinə dəyişməyin çətin olacağını düşünürlər;
Əsas diqqətçəkən məqam Ermənistanın Londonda “ikitərəfli formatda” görüş təklifi ilə çıxış etməsidir. Halbuki, Avropa platformasında üçtərəfli və çoxtərəfli görüşləri əsasən Ermənistan dəstəkləyirdi. Bu dəfə qəfil “ikitərəfli formatda” görüş təklifini irəli sürmələri rəsmi İrəvanın məhz Britaniyanın danışıqlarda iştirakına qarşı olduğunu təsdiq edir. Bu imtinada əsas maraqlı və sifarişçi tərəfin Fransa olduğu istisna deyil.

Asif Nərimanlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO