sonnoqte.az
Xəbər başlıqları
  • 09:32 – Prezident və xanımı Kəlbəcər sakinləri ilə görüşüblər 
  • 09:11 – Prezident və ailəsi səs verdi 
  • 12:22 – İlham Əliyev Belarus Prezidentini təbrik edib 
  • 12:18 – Prezident: Ermənistan qəsdən vaxt uzadır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir 

Sülh olmasa, müharibə başlaya bilərmi? - Vəziyyət hər an dəyişər...

18-07-2024, 10:00 21 dəfə baxılıb



Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqlarda ABŞ-nin fəallığı fərqli situasiya ilə izah olunur. Görünən odur ki, Amerika prosesdə yer almaq üçün bütün imkanlarını səfərbər edib. Az qala hər gün Ağ Ev rəsmiləri bu mövzuda açıqlama verir.

Teleqraf.com-a danışan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın bu prosesdə fəallığı ilə bağlı məsələyə aydınlıq gətirib.

“Hazırda Amerikada növbəti prezident seçkiləri prosesinə start verilib. Sadəcə olaraq bu proses öncəsi onlara beynəlxalq sahədə hansısa bir uğur lazımdır. Azərbaycanla Ermənistan arasındakı sülh prosesində müsbət tendensiyalar olduğuna görə, ABŞ tərəfindən fəallıq nümayiş etdirilir”, - deyə o qeyd edib.

Partiya sədri hesab edir ki, Amerikadakı prezident seçkilərinə qədər hansısa bir sahədə sülhün yaranmasında olan uğurları nümayiş etdirmək niyyətləri var:

“Bu ilin noyabrına qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı müsbət siqnallar olsa da erməni tərəfi növbəti dəfə prosesi uzatmağa çalışır. Sözsüz ki, sülhlə bağlı Azərbaycanın başlıca şərti Ermənistan konstitusiyasında ediləcək dəyişikliklərdir”.

Asim Mollazadəyə görə, Ermənistan konstitusiya dəyişikliyi edərək ərazi iddialarına son qoymaqla sülhə töhfə vermiş olar:

“Bu, eyni zamanda proses üçün hüquqi bir zəmin yaratmış olar. Sülh olmasa noyabrdan sonra guya tərəflərin arasında hansısa hərbi qarşıdurmanın olacağı ehtimallarından da danışılır. Bu da qarşı tərəfin ortaya atdığı növbəti hiylədir. Onlar sülhlə bağlı hamıya “hə” deyir, amma heç nə etmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO