sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

Laçın-Xankəndi yolu ilə bağlı ingilis dilində hesabat hazırlanıb

23-11-2023, 10:34 69 dəfə baxılıb

Laçın-Xankəndi yolu ilə bağlı ingilis dilində hesabat hazırlanıb


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ekspertləri Roza Bayramlı və Məryəm İsmayılova “Laçın-Xankəndi yolu ətrafında yaranmış mübahisələr” adlı ingilis dilində hesabat hazırlayıblar.

APA xəbər verir ki, hesabatın yazılmasının əsas məqsədi son 3 ildə Azərbaycanın Qarabağ bölgəsində baş vermiş hadisələri ümumiləşdirərək xarici auditoriyaya çatdırmaqdır.

Hesabatda qeyd olunub ki, son 3 il ərzində Laçın-Xankəndi yolunda baş verən hadisələr ermənilər tərəfindən “blokada”, “etnik təmizləmə”, “humanitar böhran” terminləri altında fəal təbliğ olunub. Vurğulanır ki, Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsinə baxmayaraq bu müddətdə Ermənistana dəstək verən ölkələrin sayı az deyildi. Hesabatda həm ermənilərin törətdiyi cinayətlər, həm də o “blokada” məsələsinin yalan olduğunu sübut edən faktlar öz əksini tapıb.

Hesabatın ilk fəslində ermənilərin Qarabağda qeyri-qanuni iqtisadi əməliyyatları və nəticədə ekoloji mühitə vurulan zərər haqda məlumat verilib. Burada həm də eko-aktivistlərin etiraz aksiyalarına səbəb olan hadisələr göstərilib. Həmin etiraz aksiyaları da ermənilər tərəfindən “blokada” kimi təqdim olunsa da, təhlildə bunu təkzib edən faktlar göstərilib.

Hesabatın növbəti fəslində Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından əvvəl Ermənistandan Qarabağa qeyri-qanuni yolla daşınan silah-sursat haqqında məlumatlar yer alıb. Bu qanunsuz fəaliyyəti sübut edən vizual faktlar də hesabata əlavə edilib. Hərbi cinayətlərin qarşısını almaq üçün Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması və ermənilərin buna kəskin reaksiyası da təhlilə daxil edilib.

Hesabatda Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş həm cari ilin aprel-sentyabr aylarında Ermənistandan Azərbaycana və Azərbaycandan Ermənistana keçən şəxslərə dair statistik məlumat, həm də yoldan istifadə məhdudiyyətinə gətirən cinayətlərə dair məlumatlar öz əksini tapıb.

Hesabatda Ermənistanın müraciətinə cavab olaraq 16 avqust 2023-cü il tarixində BMT TŞ növbədənkənar iclasında Qarabağdakı vəziyyətlə bağlı müzakirələrin aparılması və iclasın sonunda heç bir sənədin qəbul edilməməsi də vurğulanıb. Hesabata eləcə də ermənilərin “humanitar böhran” şəraitində toy və şənlikləri təşkil etməsinə dair şəkillər də əlavə edilib. Şəkillər Qarabağda yaşayan ermənilərin sosial şəbəkədə etdikləri paylaşımlardan götürülüb.

Təhlilin yekun hissəsində Azərbaycanın regionda sülhün bərqərar olmasının tərəfdarı olduğu və reinteqrasiya proseslərinə hazır olduğu bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO