sonnoqte.az
Xəbər başlıqları
  • 11:16 – Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB 
  • 09:59 – İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub 
  • 09:55 – Prezident yeni nəsil metro qatarları ilə tanış oldu 
  • 11:03 – Prezident Bakıda yeni salınan parkda - FOTOLAR 

Başı Ermənistana qarışan Fransa... - GƏLİŞMƏ

7-08-2023, 14:22 103 dəfə baxılıb



Fransa Ermənistanın və Qarabağ separatçılarının dərdini çəkərkən, Afrika qitəsini itirmək üzrədir. Afrika ölkələrinin bir qismi 1960-cı illərə qədər Fransanın müstəmləkələri olub. Bu ölkələr o illərdə müstəqillliklərini qazansalar da, Fransa sonrakı mərhələdə yatırımlarla Afrika ölkələrinin bir qismini nəzarətdə saxlamağa çalışıb. Ancaq son illər Afrika ölkələri Fransa ilə siyasi, iqtisadi və hərbi əlaqələrdən imtina etməyə başlayıblar. Bir neçə il əvvəl Malidə və Burkino-Fasoda hakimiyyəti ələ keçirən hərbçilər Fransa ilə əlaqələri miminuma endiriblər. Bu ölkələrdə Fransa televiziya kanallarının yayımı qadağan edilib.

Nigerdəki hərbi çevriliş Fransaya növbəti zərbədir. Çünki Paris Nigeri Afrikada ən yaxın tərəfdaşı sayırdı. Ancaq bu ölkədə də hərbçilər prezidenti devirdikdən sonra Fransa əleyhinə fikirlər söyləməyə başlayıblar. Hərbçilər və onlara dəstək verənlər Fransa hərbçilərinin ölkəni tərk etməsini istəyirlər. Fransanın Nigerdə təxminən min nəfərlik hərbçi heyəti var. Nigerdə avqustun 3-də Fransız dili rəsmi dil statusundan məhrum edilib. Niger dünyada uran istehsalının həcminə görə yeddinci, Afrikada isə ikinci ölkədir. Fransa urana ehtiyacı olan əsas Avropa ölkəsidir. Nigerin itkisi Fransa üçün daha ağrılıdır. Çünki Niger Avropa İttifaqını, o cümlədən Fransanı uranla təmin edən 3 ölkədən (digər ikisi Kanada və Qazaxıstandır) biridir.

Fransada elektrik enerjisinin 75 faizi ölkədəki atom elektrik stansiyalarından əldə edilir. Uran olmadan bu stansiyalar çalışa bilməz. Fransa hökuməti iki illik uran ehtiyatına malik olduğunu açıqlayıb. Ancaq Niiger əldən çıxarsa Fransa başqa ölkədən uran idxal etmək məcburiyyətində qalacaq. Problem yalnız uranla da bağlı deyil. Fransanın Afrikada itirdiyi ölkələr Rusiya və Çinlə əməkdaşlığa üstünlük verirlər. Fransa qara qitədə sürətlə nüfuzunu itirməkdədir. Makronun Cənubi Qafqaz siyasəti bərbad olduğu kimi Afrika siyasəti də uğursuzdur. Fransa Afrikadakı yerdə qalan tərəfdaşlarını Nigerə qarşı sərt mövqe sərgilməyə çalışır. Belələri var, ancaq Mali və Burkino Fası Nigerə qarşı hərbi əməliyyatın əleyhinədir.

Azər Fikrətoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO