sonnoqte.az
Xəbər başlıqları
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 

Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır

1-03-2023, 12:24 84 dəfə baxılıb

Heydər Əliyevin ermənilərın əsassız ərazi iddialarına qarşı mübarizəsi  (1969-1987-ci illər) - AZƏRTAC

                   
“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.” Respublika Günü (Müstəqillik Günü) münasibətilə keçirilən təntənəli yığıncaqda nitqindən (Respublika sarayı, 27 may 1995-ci il) “Azərbaycan dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq.” Norveçin Baş naziri Qru Harlem Brundtlandin Azərbaycan Prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə nitqindən (24 aprel 1996-cı il) “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir.” Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə keçirilən təntənəli yığıncaqda nitqindən (Şəhriyar adına Mədəniyyət Mərkəzi, 7 oktyabr 1996-cı il). “Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq.” Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (Şəhriyar adına Mədəniyyət Mərkəzi, 16 dekabr 1996-cı il). “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.” Fransanın həftəlik “Puan” jurnalının müxbirinə müsahibəsindən (Paris, 14 yanvar 1997-ci il). Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş
 təntənəli mərasimdə nitqindən (27 may 1998-ci il). “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.” “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsindən (6 iyul 1993-cü il). “Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur.” Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşündən (13 avqust 1993-cü il). “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışından (21 sentyabr 1993-cü il). “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir.” Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışından (22 sentyabr 1993-cü il). “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir.”
        Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.” Respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (5 iyul 1997-ci il). “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” Azərbaycanın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş mitinqdə nitqindən (1 sentyabr 1997-ci il). “Bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir.” Bakıda akkreditə olunmuş diplomatik korpusun üzvləri - xarici ölkələrin respublikamızdakı səfirləri və müvəqqəti işlər vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə çıxışından (Prezident iqamətgahı, 9 may 1998-ci il). “Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.” Dövlət Müstəqilliyi Günü (Müstəqilliyin Bərpası Günü) münasibətilə Azərbaycan xalqına təbrikindən (17 oktyabr 1997-ci il). “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.” Dövlət Müstəqilliyi Günü (Müstəqilliyin Bərpası Günü) münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa təbrikindən (18 oktyabr 1993) “Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir.” Bakı şəhərinin təhsil işçiləri ilə görüşündən (31 avqust 1994-cü il). “Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO