sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Ruben Vardanyan istefasından danışdı - Daxili savaş şiddətlənir

16-01-2023, 13:28 96 dəfə baxılıb

Ruben Vardanyan istefasından danışdı - Daxili savaş şiddətlənir


Xankəndindəki separatçıların son “aqoniyası” 

Laçın-Xankəndi yolunun bağlanmasından sonra Xankəndindəki separatçılar arasında gərgin vəziyyət daha da kəskinləşib. Belə ki, istər Ermənistan, istərsə də Qarabağ erməniləri vəziyyətin belə kəskin böhranlı xarakter almasında  Ruben Vardanyanı ittiham edirlər. Onlar hesab edirlər ki, Vardanyan Xankəndində peyda olar-olmaz vəziyyət dramatikləşib və çıxılmaz vəziyyət yaranıb. Vardanyanın Xankəndində peyda olmasından sonra həm separatçılar arasındakı narazılıq dərinləşərək düşmənçilik səviyyəsinə çatıb. Digər səbəb isə onun  Qarabağda peyda olmasından sonra Azərbaycan tərəfinin daha kəskin addımlar atması ilə izah edirlər. Bütün bu olanlarda  Ruben Vardanyanı ittiham edərək, onun istefa verib Qarabağı və Ermənistanı tərk etməsini istəyirlər. Bununla bağlı həm erməni mediasında, daha çox isə sosial mediada çoxsaylı yazılar getməkdədir. Hətta bəzi ermənilər Azərbaycanla sülh şəraitində birgəyaşayış barədə açıq tekstlə çıxış etməkdədirlər. Qarşıdakı dönəmdə belə çağırışların sayının daha da çox olacağı istisna deyil.
Nəticədə Vardanyan istefa çağırışlarına cavab verərək getməyəcəyini bildirib

Bu barədə öz Facebook səhifəsində yazan Vardanyan aşağıdakıları qeyd edib: 
 “Xüsusilə indiki vəziyyətdə istefa vermək fikrində deyiləm.  Bu vəziyyətdə təslim olmağa haqqımız yoxdur. Mən hər kəsi siyasi sağlam düşüncəyə və həmrəyliyə çağırıram”. Bu açıqlama bir daha onun sübut edir ki, separatçılar son “aqoniyasını” yaşayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO