sonnoqte.az
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO) 
  • 19:54 – İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 

DTX əməliyyatı: 49 yaşlı general-polkovnik getdi... - DOSYE

16-07-2022, 20:40 143 dəfə baxılıb

DTX əməliyyatı: 49 yaşlı general-polkovnik getdi... - DOSYE


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, onun bir müddətdir DTX-nin Gömrük Komitəsində apardığı əməliyyatlar nəticəsində ikisi general olmaqla, bir sıra mühüm vəzifəli şəxslərin həbsi fonunda işdən azad edilməsi DGK-də ciddi problemlərin mövcudluğunu göz önünə gətirir.
 
Səfər Məmməd oğlu Mehdiyev - gömrük xidməti general-polkovniki, “Vətənə xidmətə görə” ordeni tam kavaleridir.
 
O, 17 mart 1973-cü ildə Naxçıvanda anadan olub. Orta təhsili başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb.
 
Yalnız 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.
 
2010-cu ildə isə Bakı Dövlət Universitetini hüquq fakültəsi ilə təhsilini tamamlayıb.
 
Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb.
 
1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.
 
2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət edib. 23 aprel 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilib.
 
30 yanvar 2020-ci ildə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi alıb.
 
16 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsindən azad edilib.
 
Ailəlidir, 2 övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO