sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

“Omikron”un XE rekombinatı 10% daha yoluxucudur - ÜST

12-04-2022, 16:00 176 dəfə baxılıb

“Omikron”un XE rekombinatı 10% daha yoluxucudur - ÜST


“Omikron BA.1-BA.2” ştamının XE rekombinatı yayılma sürəti BA.2 (“Stels-omikron”) ilə müqayisədə, təqribən, 10% daha çoxdur”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib ki, bu qiymətləndirmələr məhdud ilkin məlumatlara əsaslanır. 

“XE rekombinatı “Omikron” variantının hissəsi kimi izlənilir. İlk dəfə yanvarın 19-da Birləşmiş Krallıqda aşkarlanmış bu rekombinata yüzlərlə yoluxma təsdiq olunub”, - o deyib.

Onun sözlərinə görə, ÜST tərəfindən COVID-19-un bütün yeni rekombinat variantları izlənilir. 

Rekombinant XD-yə (Delta-Omikron) gəlincə, T.Yazareviç onun “nəzarət altında olan variant” kimi izlənildiyini, mövcud məlumatların onun daha yoluxucu olmasına dəlalət etmədiyini və hazırda yayılmasının məhdud olduğunu vurğulayıb.

ÜST nümayəndəsi diqqətə çatdırıb ki, SARS-CoV-2 virusu inkişaf etməkdə davam edir: "Bu cür intensiv ötürülmə şəraitində dünyada yeni ştamlar, o cümlədəm rekombinatların yaranması gözləniləndir. Virusun izlənməsini, yayılmasını və təkamülünü izləyə bilmədiyimiz üçün ÜST sınaqların aparılmasının və epidemioloji nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulamaqda davam edir. Bu məlumat və təhlil pandemiyanın kəskin fazasına effektiv şəkildə başa çatıdırılması baxımından son dərəcə əhəmiyyətlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO