sonnoqte.az
Xəbər başlıqları
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 

İmmun sertifikatının vaxtı bitdikdən sonra hansı müddətdə vaksin olunmaq lazımdır?

8-09-2021, 10:56 220 dəfə baxılıb

İmmun sertifikatının vaxtı bitdikdən sonra hansı müddətdə vaksin olunmaq lazımdır?


İmmun sertifikatının müddəti bitən şəxslər iki ay ərzində 1 doza vaksin vurdurarsa vaksin sertifikatı ala bilər.
Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin departament rəhbəri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, PCR testi müsbət çıxan hər bir şəxsin 6 ay müddətində immun sertifikatı aktiv sayılır:

"İmmun sertifikatının vaxtı bitdikdən sonra iki ay müddətində 1 doza vurdurmaq olar. İki ay müddətindən keçirsə artıq iki doza vurulmalıdır. Əgər xəstəlikdən 8 ay və ya 1 il keçirsə 1 doza vurulması effektiv deyil. Çünki 8 aydan sonra immunitetin kəskin düşməsi, anticisimlərin sayının azalması müşahidə olunur və ona görə də bir doza effektli olmur. Bu halda vaksin sertifikatı almaq üçün 2 doza vurulmalıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO