sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

"Elə etməliyik ki, vaksin məcburi olsun" - Deputat

27-04-2021, 14:37 212 dəfə baxılıb

"Elə etməliyik ki, vaksin məcburi olsun" - Deputat


Milli Məclisin bu gün keçirilən iclasında koronavirus peyvəndi ciddi müzakirə olunub. 

Deputat Qüdrət Həsənquliyev dünən 365 nəfərin peyvənd olunmasına aydınlıq gətirilməsini xahiş edib:

"363 nəfər birinci dəfə, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say  hansı səbəbdən azdır? Bilmək istəyirəm, vaksin yoxdur, yoxsa insanlar vaskin olunmaq istəmir? İnsanlar vaksin olunmaq istəmirsə, yaş həddini aşağı  salmaq lazımdır. Vaxtında  müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputata cavab olaraq bildirib ki, ölkədə vaksin çatışmazlığı yoxdur:

“Peyvənd olunmaq istəyən insanların sayı azdır. Belə olarsa, yavaş-yavaş yaş həddini aşağı endirməli olacağıq”.

Deputat Fəzail Ağamalı da qeyd edib ki, vaksin olunmaq istəyənlərin sayı azdır:

“Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da güclənsin. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”.

Ə.Əmiraslanov F.Ağamalıya cavab olaraq bildirib ki, dünyanın heç bir ölkəsində peyvəndləmə məcburi proses deyil, könüllüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO