sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Baş infeksionist yoluxmaların artmasından danışdı: “İnsanlar yorulub”

10-08-2021, 11:09 184 dəfə baxılıb

Baş infeksionist yoluxmaların artmasından danışdı: “İnsanlar yorulub”


“Hazırda COVID-19 ilə bağlı epidemioloji vəziyyətin mənfi dinamikasını müşahidə edirik”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov ölkədə COVID-19 ilə bağlı epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.

“Bu, bir tərəfdən gündəlik yeni yoluxma hallarının sayının çoxalması, infeksiyanın aşkarı üçün götürülən spesifik test nümunələrində pozitiv nəticələrin faizlə miqdarının, eyni zamanda, aktiv xəstə sayının artımı və xəstəlikdən sağalan insanların yeni xəstələnənlərlə müqayisədə az miqdarda olması ilə özünü göstərir”- T.Eyvazov bildirib.

Baş infeksionist yoluxma saylarında artımın səbəblərini belə izah edib:

“Pandemiya təcrübəsini nəzərə alsaq görərik ki, yoluxma hallarının azsaylı olduğu dövrlərdə hər dəfə karantin qaydalarında yumşalmalara getdikdə müəyyən vaxt keçdikdən sonra yenidən yoluxma sayında artım baş verir. Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır. Məhz yumşalmalar buna gətirib çıxarır. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif kütləvi tədbirlərin keçirilməsinə icazə verilib, metronun fəaliyyəti bərpa olunub, iri ticarət mərkəzləri işləyir. Lakin əhalinin müəyyən hissəsində qapalı məkanlarda maskanın taxılması, sosial məsafənin gözlənilməsi və s. kimi qoruyucu tədbirlərə laqeyd münasibətini izləməkdəyik. İnsanlar bir tərəfdən yorulub, bir tərəfdən də arxayınlaşıblar. Digər səbəb isə virusun daha yoluxucu mutant variantlarının ölkəmizə daxil olmasıdır. Ən sürətli yayılan delta ştamının da bu artıma töhfə verməsi göz önündədir. Ancaq bir daha əhalinin nəzərinə çatdırmaq istərdim ki, pandemiya hələki bitməyib, davam edir və biz bu məsələdə çox diqqətli olmalıyıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO