12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
09:38 – Prezident onları təltif etdi - FOTO
09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Həkimdən COVİD-19 XƏBƏRDARLIĞI - Ölüm sayları artacaq - VİDEO
1-04-2021, 14:15
210 dəfə baxılıb
Son iki həftə ərzində yoluxanlar xəstəliyi daha ağır keçirir. Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.
O bildirib ki, son vaxtlar virusa yoluxan şəxslərdə xəstəliyin əlamətləri daha tez özünü büruzə verib:
"Digər həmkarlarımın və öz müşahidələrimə əsasən deyə bilərəm ki, hətta cavan insanlarda da xəstəliyin ikinci günündə ağırlaşma baş verib, temperatur yüksəlib, saturasiya düşüb. Həmçinin əvvəlki aylarda yoluxma tempi zəif idisə, indi bu, daha sürətli baş verir. Ola bilsin ki, xəstəliyin ağır keçirilməsinin səbəbi virusun mutasiyaya uğramasıdır.
Bundan başqa əvvəllər xəstələr müalicəyə qismən də olsa, tabe olsalar da, son günlər bu müşahidə edilmir. Yüksək temperaturu olan xəstələrə hərarətsalıcı preparatlar təsir etmir. Onların qismən köməyi olsa da, qısa zaman sonra xəstələrdə yenidən temperatur dərəcəsinin qalxmasını və ağırlaşmalar olmasını görürük".
İnfeksionist onu da qeyd edib ki, gündəlik yoluxma sayı artıqca ölüm halları da artacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: