sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapıldı

25-05-2022, 10:14 178 dəfə baxılıb

Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapıldı


Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, yaxın keçmişdə Böyük Britaniyada həkimlər çiçək xəstəliyinə qarşı dərman olan “tecomvirimat”la meymunçiçəyinə yoluxma halını müvəffəqiyyətlə aradan qaldırıblar.

 “Report” xəbər verir ki, alimlərin elmi araşdırmalarının nəticələri “Lancet” jurnalında dərc olunub.

"Həmkarlarımız meymunçiçəyinə yoluxmanın köklərini və virusun necə yayıldığını müəyyənləşdirməyə çalışarkən, bu xəstəliklə mübarizə üçün keçmişdə hansı dərmanların istifadə olunduğu ilə maraqlanıb", - jurnalın mətbuat xidməti Liverpul (Böyük Britaniya) Universitetinin elmi işçisi Xyu Adlerdən sitat gətirib.

Belə məlumatları əldə etmək üçün Adler və həmkarları Böyük Britaniyanın bütün regionlarında təhlükəli yoluxucu xəstəliklərin öyrənilməsi üzrə ixtisaslaşmış mərkəzlər (HCID) tərəfindən son beş il ərzində toplanmış məlumatları təhlil ediblər. Ümumilikdə, mərkəzlərin mütəxəssisləri 2018-2021-ci illər arasında baş verən meymunçiçəyi virusuna yoluxma hallarının yeddisini qeydə alıblar.

Xəstəlik tarixinin sonrakı təhlili göstərib ki, həkimlər meymunçiçəyini iki dərman - “brinsidofovir” və “tecomvirimat” ilə müalicə etməyə çalışıblar. Birincisi “suçiçəyi" ilə mübarizə aparmaq üçün yaradılıb, ikincisi isə dünyada çiçək virusunun çoxalmasının qarşısı ala bilən ilk dərmandır.

Qeyd edək ki, son günlər Böyük Britaniyadan başqa dünyada Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə, BƏƏ və İsveçdə də meymunçiçəyinə yoluxma halları qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO