sonnoqte.az
Xəbər başlıqları
  • 09:44 – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür 
  • 09:08 – İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib 
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 18:30 – Prezidentlə oğlu Ağdamda təməlqoyma mərasimində iştirak etdilər - Fotolar 

Zəfər Günü paradı Şuşada olacaq?

3-11-2021, 13:30 197 dəfə baxılıb

Zəfər Günü paradı Şuşada olacaq?


8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada hərbi parad keçiriləcək.

Bunu Modern.az-a açıqlamasında şəhərin düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərənlərdən biri və Azərbaycan bayrağını ora sancan hərbçimiz, əslən şuşalı Səbuhi Abdullayev bildirib.

S.Abdullayev qeyd-şərtsiz Zəfər Gününü Şuşada qeyd edəcəyini vurğulayıb:

“Bununla bağlı mənə təklif gəldi, çox böyük məmnuniyyətlə, çox böyük qürurla paradda iştirak edəcəyəm. Zəfər Günü Ali Baş Komandanla bir yerdə Şuşada olmaq xüsusi qürurdur”.

Hərbçimiz deyib ki, 14 yaşında tərk eləmək məcburiyyətində qaldığı Şuşaya 26 il 8 aydan sonra qayıdıb:

“Şuşaya bayraq sancmaq əvəzsiz hiss idi. Şuşada doğulub, 14 yaşıma kimi orada yaşamışam. 26 il 8 aydan sonra ora qayıtdım və bayrağı sancdım. Bir il ötməsinə baxmayaraq, hələ də bu gözəl hislərin təsirindəyəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO