sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

“Pişik” Günel TƏBİB-ə od püskürdü: “İnsanların həyatı ilə bu qədər oynamayın!” - VİDEO

29-03-2021, 12:29 191 dəfə baxılıb

“Pişik” Günel TƏBİB-ə od püskürdü: “İnsanların həyatı ilə bu qədər oynamayın!” - VİDEO


“Artıq bu gün üçüncü gündür ki, vəziyyətim ağır olaraq qalır. Baxmayaraq ki, ev şəraitində sistemlər qoşulur amma yenə də vəziyyətim ağırdır. Koronavirus analizi vermişəm. Yaxmanın cavabı isə hələ də gəlməyib”.
Bu sözləri müğənni Günel Ələkbərova (“Pişik” Günel) özünün “Instagram” hesabında yazıb:

“Ölkədə səhiyyə çox bərbad vəziyyətdədir. Xəstəni zamanında müayinə etsələr yoluxma sayı bu qədər artmaz, bu qədər insan dünyasını dəyişməz. Bunun tək günahkarı Səhiyyə Nazirliyi, TƏBİB və əməkdaşlarıdır. İnsan həyatı bu qədərmi ucuzdur? Mən artıq söz tapmıram deməyə.

Üç gündür bilmirəm COVID-ə yoluxmuşam, ya yox? Allahdan qorxun! İnsanların həyatı ilə bu qədər oynamayın! Mən bilmirəm bu yazıq kasıb necə müayinə olunur. Səhiyyə Nazirliyi camaatı pulsuz müayinə etməlidir. Biraz vicdanlı olun”.

“Pişik” Günel TƏBİB-ə od püskürdü: “İnsanların həyatı ilə bu qədər oynamayın!” - VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO