Son vaxtlar sünnət ilə bağlı fərqli və insanı qorxuya salan hallar yaşanır. Məsələn, həkimlərdən biri səhvən uşağın cinsiyyət orqanının müəyyən bir hissəsini kəsib, digəri lazer üsuli ilə sünnət edirəm deyib, orqanı tamamən zədələyib. Belə hallara adətən qeyri-ixtisas həkimlər səbəb olurlar.
Mütəxəssis həkimlər isə valideynləri maksimum diqqətli olmağa, məsələyə səthi yanaşmamağa səsləyirlər.
Sünnət edirəm deyib, 2 yaşlı uşağın cinsiyyət orqanının yarısını kəsdi. Daha sonra başqa bir həkimə zəng edərək, imdad dilədi.
Hadisə Bakı xəstəxanalarının birində yaşanıb. Və bu səhvi edən şəxs ənənəvi sünnətçi yox, qeyri-ixtisas həkimdir. Həmin həkim etdiyi səhv ilə bağlı dərhal uşaq cərrahı Toğrul Ömərova zəng edərək, ondan kömək istəyib.
Cərrah deyir ki, son vaxtlar bu cür hadisələrin sayı artıb. Hətta lazer üsulu ilə sünnət məsələsi də meydana gəlib. Halbuki dünya təcrübəsində belə lazerlə sünnət anlayışı yoxdur.
Cərrah deyir ki, bütün ixtisaslardan olan həkimlər, məsələn, ginekoloq, travmatoloq, hətta kardioloq belə, sünnət edir. Bunun isə ağır fəsadları olur. Valideynlər həkimdir deyib aldanmamalı, övladını ixtisas üzrə həkimə əmanət etməlidir. Əks təqdirdə qanaxma, hissəvi zədələnmə, dəri çürüməsi və digər hallar qaçılmaz olur.
<embed width="640" height="360" src="https://player.olke.az?v=5025&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.