sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Koronavirusa yoluxan sabiq icra başçısından xəbər var

7-01-2022, 10:38 160 dəfə baxılıb

Koronavirusa yoluxan sabiq icra başçısından xəbər var


Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirus infeksiyasına yoluxan Mahir Quliyevin tənəffüsü tam bərpa olunub.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, hazırda M.Quliyev COVID-19 sonrası reabilitasiya məqsədilə mülki xəstəxanada müalicəyə cəlb olunub.

"Artıq tənəffüsü tam bərpa olunub, süni nəfəs aparatından ayrılıb və reabilitasiya üçün başqa xəstəxanaya köçürülüb. Sabiq icra başçısının vəziyyəti kafidir, hazırda COVID-19 sonrası reabilitasiya mərhələsindədir,"- deyə məlumatda bildirilir.

Xatırladaq ki, M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

M.Quliyev koronavirusa yoluxduğu üçün Astara İstintaq Təcridxanasından Gömrük Hospitalına yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO