sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

"Azərişığ"ın əməkdaşı hündürlükdən yıxılaraq ölüb

12-04-2021, 10:37 189 dəfə baxılıb

"Azərişığ"ın əməkdaşı hündürlükdən yıxılaraq ölüb


Aprelin 8-də saat 14 radələrində Ağcabədi rayonunun “Haramı” adlanan ərazisində 1981-ci il təvəllüdlü Yusifov Elbrus Camal oğlunun elektrik dirəyindən yıxılması nəticəsində almış olduğu xəsarətdən hadisə yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi Rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, aparılan  araşdırmalarla müəyyən edilib ki, Ağcabədi Elektrik şəbəkəsində elektrik avadanlığı işləri mütəxəssisi işləyən Elbrus Yusifov qeyd edilən ərazidə yüksək gərginlikli elektrik xəttinin bağlandığı dirəklərə bərkitmə işlərinin aparılması zamanı yıxılıb və  baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində öüb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

 Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO