sonnoqte.az
Xəbər başlıqları
  • 17:03 – Prezident şok faktı açdı: Səhər mən o müraciəti vərəqlədim... 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 
  • 13:43 – Prezident: Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar 

MİT-dən Azərbaycanda əməliyyat: şirkət rəhbəri tutuldu

16-11-2022, 11:27 120 dəfə baxılıb

MİT-dən Azərbaycanda əməliyyat: şirkət rəhbəri tutuldu


Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Azərbaycanda əməliyyat keçirib. Türkiyəli iş adamı Uğur Dəmiroku həbs edilib.

"Anadolu" agentliyi xəbər verir ki, biznesmen dindirildikdən sonra hakim qarşısına çıxarılıb. O, məhkəmədə biotibbi mühəndis olduğunu və aylıq qazancının 20 min türk lirəsi olduğu deyib.

U.Dəmirok həmçinin məhkəmə ilə əməkdaşlıq edəcəyini bildirərək cəzasının yüngülləşdirilməsini istəyib.
O, ölkəsində "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə həbs edilib.

Qeyd edək ki, həbs edilən şəxsin 1999-cu ildən FETÖ ilə əlaqəsinin yarandığı bildirilir. Türkiyəli biznesmen ifadəsində təşkilatla əlaqəsini 2015-ci ilin ortalarında dayandırdığını, daha sonra Azərbaycana getdiyini və orada bir həkim qadınla tanış olaraq 2016-cı ildə birgə şirkət yaratdıqlarını deyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO