sonnoqte.az
Xəbər başlıqları
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 13:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 13:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

Musa Qurbanlıdan “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərə münasibət

26-03-2024, 12:38 21 dəfə baxılıb

Musa Qurbanlıdan “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərə münasibət


Milli komandamızın hücumçusu Musa Qurbanlı icarə əsasında “Qarabağ”a qayıdacağı barədə yayılan xəbərləri təkzib edib.

Futbolxeber.az saytına açıqlamasında 22 yaşlı forvard hazırda çıxış etdiyi İsveçin “Yurqorden” klubundan tezliklə ayrılmaq barədə düşünmədiyini bildirib: “Belə bir məlumatım yoxdur. Hələ ki “Yurqorden”dəyəm və “Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib. Bu haqda danışığımız olmayıb. Mən “Yurqorden”in futbolçusuyam və bu klubun uğurları üçün çalışıram. “Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb”.

M.Qurbanlı İsveç klubundakı çətinliklərə hazır olduğunu vurğulayıb: “Mən İsveçə gedəndə bilirdim ki, bu, nağıl deyil, birdən-birə hansısa partlayış olmayacaq. Futbolda belə çətinliklər olur. Hazır idim bu çətinliklərə. Təbii ki, oynamayanda nəinki mənim üçün, ümumiyyətlə hər bir futbolçu üçün psixoloji cəhətdən asan olmur”.

O, hazırda öz şansını gözlədiyini söyləyib: “Fasilə müddətində komandaya yeni futbolçular cəlb olundu. Ola bilər ki, baş məşqçi hazırda yeni transferlərə daha çox şans verir. Mənim işim məşqlərimi edib öz şansımı gözləməkdir”.

Qeyd edək ki, dünən ölkə mətbuatında yayda Musa Qurbanlının “Qarabağ”a qayıdacağı və 2024/25 mövsümünü icarə əsasında Ağdam klubunda keçirəcəyi barədə xəbərlər yayılıb.

Əlavə edək ki, onun “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına kimidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO