sonnoqte.az
Xəbər başlıqları
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 
  • 10:58 – Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB 
  • 13:04 – Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər 
  • 12:01 – Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB 

Kamilə Nəcəfova: Novruz – bütün insanlar tərəfindən təqdir edilən bayram

16-03-2022, 14:31 381 dəfə baxılıb

İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi


“Qusarda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Kamilə Nəcəfova - Novruz bayramı milli-mənəvi dəyərlərimizin və yüksək bəşəri ideyaların daşıyıcısı, qədim adət-ənənələrimizin əbədi təcəssümü kimi neçə əsrdir ki, xalqımızın həyatında mühüm yer tutur. Baharın gəlişinin, təbiətin oyanışının carçısı olan bu əziz  bayram zəngin və qədim mədəniyyətimizin ayrılmaz hissəsi, insanlarda işıqlı sabaha, xoşbəxt gələcəyə inam yaradan, təbiətin bəxş etdiyi nemətləri qorumağı, onlardan səmərəli istifadə etməyi öyrədən qiymətli bir irsdir. Novruz ruzi-bərəkət, sevinc və səadət, birlik və həmrəylik rəmzidir, cəmiyyətimizin möhkəmlənməsi üçün sağlam təməllər yaradan misilsiz bir ənənədir. 
Xalqımız bu əziz gündə Novruzu dövlət bayramı səviyyəsində rəsmiləşdirmiş Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin, el mərasimlərinin bu gün də qorunub saxlanılması, böyük ruh yüksəkliyi ilə qeyd olunması üçün Ulu öndərin göstərdiyi səyləri böyük minnətdarlıq hissi ilə xatırlayır. 24 il bundan öncə, 1998-ci ildə Ulu öndər Heydər Əliyev deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu fikirlər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında reallaşdırıldı. Artıq iki ildir ki, xalqımız əziz bayramımızı ikiqat sevinc hissi ilə qeyd edir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının müdrik və qətiyyətli rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun düşmən əsarətindən azad etdiyi gözəl Qarabağımız artıq iki ildir ki, Novruz bayramını milli musiqimizin xoş təranələri, doğma övladlarının sevinc və qürur sədaları ilə qarşılayır, bayram tonqalları Qələbəmizin rəmzinə çevrilir. Xalqımız doğma Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda canlarını qurban vermiş müqəddəs şəhidlərimizi böyük ehtiramla yad edir. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bu möhtəşəm zəfəri onlara yaşatdıqlarına görə möhtərəm Prezidentimizə və onun müzəffər Ali Baş Komandanlığı altında canlarını sipər edərək düşməni Azərbaycan torpaqlarından qovub çıxarmış qəhrəman Ordumuza hədsiz minnətdardır. Azərbaycan bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır.
Novruz bayramının rəngarəng, şən, xoş əhval-ruhiyyəli mərasimləri milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar tərəfindən təqdir olunur. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının və Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edildi. 2009-cu ilin sentyabr-oktyabr aylarında  Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salındı. BMT Baş Assambleyasının 64-cü sessiyasının 23 fevral 2010-cu il tarixli iclasında isə martın 21-i BMT Baş Assambleyası tərəfindən “Beynəlxalq Novruz Günü” elan olunması, Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini bütün dünyaya bir daha nümayiş etdirdi.
Novruz bayramı adətləri və inancları Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müasir dövrdə qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət nümunəsi yaratdı. Belə ki, Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiya rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstəricisidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO