sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Qulam Səfərzadə: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

29-07-2021, 00:36 569 dəfə baxılıb


Suraxanı rayonu İcra hakimiyyətinin Zığ qəsəbə numayəndəsi Qulam Səfərzadə Ərazi bütövlüyümüz əsas şərt idi. Bu yolda Cənab Prezidentimiz gecə və gündüz çalışdı. Nə vaxt, nəyi, necə edəcəyini müəyyənləşdirdi. Nəhayət ərazi bütövlüyümüz bərpa olundu. Düşməndən azad olunan ərazilərdə isə erməni vandalizmi nəticəsində infrastrukturun tamamilə məhv edildiyinin şahidi olduq. Hətta vaxtilə öz tarixi torpaqlarında yaşamış həmvətənlərimizin əzizlərinin qəbirləri belə yerlə yeksan edilib, sümükləri yoxa çıxarılıb...

Müharibədən yeni çıxmış ölkəmiz üçün yeni bir çətin mübarizə başlayıb, iqtisadi mübarizə. Lakin gedən proseslər onu deməyə əsas verir ki, Cənab Prezidentimiz heç bir prosesi nəzərdən qaçırmayıb, mərhələli şəkildə, əvvəlcədən hazırlanmış plan əsasında da bu çətinliklərin öhdəsindən asanlıqla gələ bilir ölkəmiz.Torpaqlarımız düşmən tapdağında olduğu zammanda da Cənab Prezidentimiz regionlarımızın inkişafını dövlət siyasəti kimi bəyan etmiş və buna mərhələli şəkildə nail olmuşdur. Kənd təsərrüfatının inkişafı üçün, xüsusilə hər bir rayonun özünə məxsus iqtisadi imkanları nəzərə alınmış, sahibkarlığın inkişafına önəm verilmişdir. Bu xüsusda da sahibkarlara yardım fondu yaradılaraq bu məsələyə daim dövlət qayğısı göstərilmişdir.Sahibkarlara subsidiyaların . güzəştli kreditlərin verilməsi, onların kənd təsərrüfatı üçün lazım olan texnika ilə təchiz olunmaları dövlət başçımızın iqtisadi siyasətinin bir hissəsi idi. Eyni zamanda hər bir bölgəyə ölkə başçımızın səfərləri fonunda yerli sakinlərlə görüşlər keçirilir, onları maraqlandıran məsələrə diqqət ayrılır, problemlərin həll olunması üçün lazımi tədbirlər planı hazırlanır, yerli sahibkarların imkanları yerindəcə müəyyənləşdirilirdi.

Torpaqlarımızın işğaldan azad olması yeni iqtisadi ərazilərin yaradılması zərurəti yaratdı və elə buna görə də Cənab Prezidentimiz ölkəmizdə 14 iqtisadi rayonun yaradılması üçün 7 iyil 2021 – ci ildə fərman imzaladı. İşğaldan azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası qarşıya böyük və məsuliyyətli iş qoydu. Belə ki, iqtisadi idarəetmə çevikliyinin artırılması, digər iqtisadi ərazilərlə iqtisadi əlaqələrin qurulması, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpa edilməsi və s.

Görünən budur ki, ərazi bütövlüyümüz bərpa olunan kimi, dərhal həmin ərazilərdə infrastrukturun bərpa işlərinə başlanıldı. Təbii ki, burada çətin maneələr var, məsələn onlardan biri mənfur düşmənin 30 – il müddətində basdırdığı minalardır. Lakin buna baxmayaraq hər bir işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanılıb, daha doğrusu yeni layihələr çərçivəsində daha da möhtəşəm bir yaşayış yerləri tikilir. Cənab Prezidentimiz bir çox xarici ölkə şirkətlərini Qarabağ iqtisadi rayonunda gedən iqtisadi proseslərə cəlb edir ki, bu da işin sürətinə eyni zamanda ölkələrarası münasibətlərin müsbət formalaşmasına kömək edir.

Mən özüm bu yaxınlarda Şuşaya səfər etdim və bu səfəri “Zəfər Yolu” ilə etdim. Yol boyu gördüyüm erməni vandalizminin nəticələri məni nə qədər sarsıtdısa, işğaldan azad olunan ərazilərdə görülən tikinti işləri məni o qədər də qürurlandırdı. Füzuli rayonunda beynəlxalq aeroportun tikintisi, xüsusilə çətin relyefə baxmayaraq Füzuli – Şuşa avtomobil yolunun çəkilməsi möhtəşəm gələcəkdən xəbər verir. Cənab Prezidentimizin göstərişi əsasında çəkilən yeni yollar gələcəkdə həmin bölgələrdə yaşayan xalqımız üçün çox böyük imkanlar yaradacaq. Xüsusilə çəkilən yolların

bütünlüklə bir – biri ilə əlaqəsi olması həm iqtisadi, həm də ölkəmizin müdafiəsi baxımından böyük əhəmiyyət kəsb edir. Bunları öz gözlərimlə görmək mənim üçün ən böyük xoşbəxtlik idi. “ Zəfər Yolu” ilə Şuşa şəhərinə gedərkən gördüyüm möhtəşəmliyi heç vaxt unutmayacam və bu möhtəşəmliyi bizlərə bəxş edən Müzəffər Ali Baş Komandanımıza və Müzəffər Ordumuza heyran qalmamaq olmur.Nəhayət o möhtəşəm Şuşaya qədəm qoydum, burada gördüyüm mənzərə isə qürurumuzu qaytaran “Dəmir Yumruğu” xatırlatmağa məcbur etdi məni. Şuşa sanki danışırdı, deyirdi ki, neçə illərdir Topxana meşəsinin saçını mənfur düşmən gözümün qarşısında tumarlayırdı, mən isə əsir idim. İndi mən azadam. Şuşanın küçələrində Çənab Prezidentimizin sözləri və fikirləri həkk olmuş plakatlar diqqəti özünə cəlb edir:

Əziz Şuşa biz səni azad etdik! Əziz Şuşa biz səni dirçəldəcəyik! 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO