sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Prezident fərman imzaladı: Səhiyyə Nazirliyinin bu səlahiyyəti ləğv olundu

12-06-2021, 21:15 173 dəfə baxılıb

Prezident fərman imzaladı: Səhiyyə Nazirliyinin bu səlahiyyəti ləğv olundu


Səhiyyə Nazirliyinin uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarət sahəsində səlahiyyəti ləğv olunub.
"Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Səhiyyə Nazirliyinin səlahiyyəti icbari dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu qaydasını müəyyən etməklə məhdudlaşacaq.

Fərmana əsasən, uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarət etmək sahəsində səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO